Rusların başı dərddə: FİFA araşdırmalara başladı

Rusların başı dərddə: FİFA araşdırmalara başladı

Rusiya Futbol Federasiyasının başı dərddədi.

 

 

Fanat.Az xəbər verir ki, FİFA şimal qonşularımızı cəzalandıra bilər.

Səbəb 2017-ci ildə ölkənin iki klubunun - "Anji-2” və "Sokol”un Krımda keçirilən qış kubokuna qatılmasıdı.

İş ondadır ki, FİFA və UEFA Krımı Rusiya ərazisi kimi tanımır. Bu üzdən sözügedən ölkənin təmsilçilərinin orda oynamasına qarşıdı. Hazırda məsələ ilə bağlı araşdırmalara başlayan ali futbol qurumu sözügedən klublara orada oynamaq üçün məhz federasiyanın icazə verdiyini hesab edir. Bu iddia öz təsdiqini tapsa, o zaman Rusiyaya olduqca sərt cəzalar verilə bilər.

Qeyd edək ki, FİFA-nın 2014-cü ildəki qərarına əsasən Rusiya Futbol Federasiyası Krımda hər hansı bir futbol turniri təşkil edə bilməz. Eyni zamanda Krımı təmsil edən klubların 2015-ci il yanvarın 1-dən Rusiya Futbol Federasiyası tərəfindən təşkil olunan turnirlərdə iştirakını yasaqlayıb.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər