Futzal üzrə UEFA kubokunda elit-raundun növbəti oyunları keçrilir.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan çempionu “Araz” II tur çərçivəsində yarışın son qalibi Rusiya “Yuqra”sı ilə üz-üzə gəlib.
Təmsilçimiz ilk turda meydan sahibi olan Xorvatiyanın “Nasional” klubuna uduzmuş, (1:2) "Yuqra" isə Almaniya "Hamburq"unu darmadağın etmişdi - 4:0. Rusiya klubu bu dəfə eyni hesabla Azərbaycan çempionuna qalib gəlib.
Qeyd edək ki, "Araz"ın yer aldığı qrupun digər oyununda "Nasional" "Hamburq"u sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 23.30-da başlayacaq.
UEFA Kuboku
Elit raund
B qrupu, II tur
24 noyabr
Araz (Azərbaycan) - Yuqra (Rusiya) 0:4
Qollar: Eder Lima, 10. Marsenio, 28. İvan Çişkala, 32. Kayo, 34.
Araz: 1. Rövşən Hüseynli, 3. Bolinya, 8. Rizvan Fərzəliyev (k), 10. Vassura, 13. Everton Kardozo.
Ehtiyat oyunçular: 19. Emin Kürdov, 5. Fineo, 6. Eduardo, 7. Ramiz Çovdarov, 9. Oqtay Rüstəmli, 11. Xətai Bağırov, 15. Fabio Poletto, 17. İsa Atayev.
Baş məşqçi: Miltinyo.
Yuqra: 1. Zviad Kupatadze, 2. Vladislav Şayaxmetov, 5. Eder Lima, 8. Marsenio, 18. Daniel Davidov.
Ehtiyat oyunçular: 19. Sergey Slemzin, 4. Dmitri Liskov, 7. Andrey Afanasyev, 9. Rişat Kotlyarov, 11. Kayo, 12. İvan Çişkala, 14. Aleksandr Piroqov, 15. İvan Siqnev.
Baş məşqçi: Kaka.
Hakimlər: Paskal Lamal (Belçika), Eduardo Fernandes Koelyu (Portuqaliya).
Zaqreb. İdman Evi.
| 1 | Yuqra | 2 | 2 | 0 | 0 | 8-0 | 6 |
| 2 | Nasional | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
| 3 | Hamburq | 1 | 0 | 0 | 1 | 0-4 | 0 |
| 4 | Araz | 2 | 0 | 0 | 2 | 1-6 | 0 |
Fanat.Az