Ruslar FİFA və UEFA-nı millinin oyunlarına dəvət etdilər

Ruslar FİFA və UEFA-nı millinin oyunlarına dəvət etdilər

Rusiya Futbol İttifaqı (RFİ) millinin ev oyunlarına UEFA və FİFA nümayəndələrini dəvət etməyi planlaşdırır. 

Fanat.Az xəbər verir ki, bu barədə qurumun baş katibi Maksim Mitrofanov "RİA Novosti"-yə danışıb:

“Biz FİFA və UEFA rəhbərliyini 2025-ci ildə Rusiya millisinin ev oyunlarına dəvət etməyi planlaşdırırıq. Matç təqvimi hələ bəlli olmadığı üçün, konkret nə isə danışmaq hələ tezdir”.

Qeyd edək ki, beynəlxalq turnirlərdən kənarlaşdırılan Rusiya millisi 2024-cü ildə beş yoldaşlıq oyunu keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər