Ruslan "Xəzər Lənkəran"a qarşı oynayacaq?

Ruslan "Xəzər Lənkəran"a qarşı oynayacaq?
"İnter"in futbolçusu Ruslan Əmircanovun zədəsi sağalmayıb. Fanat.az xəbər verir ki, millimizin üzvü XXXII turda da meydana çıxmayacaq. 
Onun "Xəzər Lənkəran"la oyunadək hazır olacağı gözlənilsə də, bu baş verməyəcək. Əmircanov ən yaxşı halda XXXIII turda oynaya biləcək. 
Qeyd edək ki, XXVII turun "Qəbələ" ilə oyununda zədələnən Ruslan komandasının bundan sonra "Rəvan", "Simurq", "Neftçi" və "Bakı"ya qarşı keçirdiyi oyunlarda iştirak edə bilməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər