Ruslan Abışovun yeni baş məşqçisi müəyyənləşdi

Ruslan Abışovun yeni baş məşqçisi müəyyənləşdi
Ruslan Abışovun şərəfini qoruduğu "Rubin"in yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər xəbər verir ki, rəhbərlik komandanı Rinat Bilyaletdinova tapşırıb.
 
3 oğul atası olan Bilyaletdinov 1957-ci il avqustun 17-də dünyaya göz açıb. Futbolçu karyerası ərzində yarımmüdafiəçi kimi top qovan Rinat ÇSKA, "Şinnik", "Lokomotiv", "Uneks" (Çexiya) kimi klublarda forma geyinib. Məşqçilik karyerasına 2002-ci ildə başlayan 57 yaşlı mütəxəssis 2011/12 illərdə Rusiyanın gənclərdən ibarət milli komandasına da başçılıq edib. 2004-2010-cu illərdə o, Moskva "Lokomotiv"inin əvəzedici komandasında məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər