Ruslan Abışovun baş məşqçisi qovuldu

Ruslan Abışovun baş məşqçisi qovuldu
Ruslan Abışovun çıxış etdiyi "Rubin" baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, Kazan klubunun çalışdırıcısı Kurban Berdiyev istefaya göndərilib.
Bu gün Tatarıstan Respublikasının prezidenti və “Rubin”in Qəyyumlar Şurasının sədri Rüstəm Minnixanovun iştirakı ilə baş tutan toplantıda komandanın cari mövsümdəki uğursuz çıxışı müzakirə olunub. Yekunda baş məşqçi Kurban Berdıyevlə yanaşı, klubun baş direktoru Andrey Qromov və vitse-prezident Kamil İsxakov tutduqları vəzifədən azad edilib.
Qeyd edək ki, Berdıyev 2001-ci ildən “Rubin”i çalışdırırdı. Kazan klubu onun rəhbərliyi altında 2002-ci ildə I divizionun qalibi olub və Premyer Liqaya yüksəlib. Berdiyev "Rubin"i 2 dəfə Rusiya çempionu (2008, 2009), 1 dəfə ölkə kubokunun (2012) və 2 dəfə Super Kubokunun qalibi edib. 
Onu da qeyd edək ki, Ruslan Abışov məhz türkmənistanlı mütəxəssisin istəyi ilə “Rubin”ə transfer olunub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər