Ruslan Abışovu erməni çalışdıra bilər. Fanat.az chempionat.com-a istinadən xəbər verir ki, futbolçumuzun çıxış etdiyi "Rubin"in baş məşqçi postuna Vardan Minasyan namizəddi.
Məlumata görə, Ermənistan yığmasının sabiq baş məşqçisi yanvarın 11-ədək komandanın başına keçəcək. O, bu postda bir müddət əvvəl istefaya göndərilən Kurban Berdiyevi əvəzləyəcək. Minasyan özü də "Rubin"lə danışıqlar apardığını açıqlayıb.
Qeyd edək ki, 2004-2005-ci illərdə Ermənistanın U-21 yığmasına başçılıq edən Minasyan 2006-2009-da a millidə köməkçi-məşqçi işləyib. 2008-2011-ci illərdə "Pünik"ə başçılıq edən 39 yaşlı mütəxəssis 2009-2013-cu illərdə Ermənistan millisinin başında olub.
Fanat.az