Ruslan Abışov belçikalılarla oyuna hazırlaşır - FOTO

Ruslan Abışov belçikalılarla oyuna hazırlaşır - FOTO
"Rubin" Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək son oyununa - Belçika "Sulte Varegem"i ilə qarşılaşmaya hazırlığı davam etdirir. Fanat.az xəbər verir ki, hazırlıqlarda futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov da yaxından iştirak edir.
 
Qeyd edək ki, Kazan klubu artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Bu üzdən baş məşqçi Kurban Berdıyevin bu oyunda Ruslana da şans verməsi istisna olunmur. Futbolçumuzun start heyətdə meydana çıxması gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər