Rusiyanın idman naziri Vitali Mutko Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında rəsmi qaydada akkreditasiya olunmayacaq. Beynəlxalq Olimpiya Komitəsinin qərarı belədir.
BOK bəyan edib ki, adları Ümumdünya Antidopinq Komitəsinin (WADA) hesabatında yer almış bütün məmurlar akkreditasiyadan məhrum ediləcəklər.
Xatırladaq ki, iyulun 18-də WADA hesabat yayaraq Rusiyada idmançıların dopinq testlərindən keçdikdən sonra alınmış müsbət cavablarının gizlədilməsi ilə bağlı dövlət sistemi tətbiq olunur.
V.Mutko Rusiyanın futbol üzrə ölkə çempionatında çıxış edən əcnəbi futbolçunun dopinq nümunəsini gizlətməyi şəxsən əmr etmiş məmur kimi hesabatda göstərilib. (milli.az)
Fanat.az