Bu yay Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının Təşkilat Komitəsi maliyyə hesabatını açıqlayıb.
Fanat.Az xəbər verir ki, hesabatda "DÇ-2018"in ölkə iqtisadiyyatına 2013-2018-ci illərdə 952 milyard rubl (təxminən 14,6 milyard dollar) xeyir verdiyi qeyd edilib. Rusiya mundialın təşkilinə 688 milyard rubl xərc çəkib.
Şimal qonşumuz 2002-i ildə Yaponiya və Cənubi Koreyada, 2006-cı ildə Almaniyada, 2010-cu ildə CAR-da və 2014-cü ildə Braziliyada keirlmiş dünya çempionatlarından daha çox gəlir əldə edib.
Rusiyanın qarşıdakı 5 il ərzində "DÇ-2018"ə görə hər il 150-210 milyard rubl qazancağı gözlənilir.
Fanat.Az