"Rusiyanın bu təklifi acı gülüş doğurur" - Boris Conson

"Rusiyanın bu təklifi acı gülüş doğurur" - Boris Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın 2028 və 2032-ci il Avropa çempionatlarına ev sahibliyi üçün namizədliyini irəli sürməsindən danışıb.

Fanat.Az xəbər verir ki, hökumət başçısı Belçikanın paytaxtı Brüsseldəki NATO sammitində çıxışı zamanı belə bir addımın gülünc olduğunu bildirib.

"Rusiyanın istənilən futbol və ya mədəniyyət tədbirini keçirmək istəyi sadəcə, acı gülüş doğurur. Kiminsə onların təklifinə ciddi yanaşacağına inanmıram. Rusiya qoşunları dərhal Ukraynadan çıxarsa və bu hüquq Ukraynaya verilsə, daha yaxşı olar".

AVRO-2028-ə Böyük Britaniya və İrlandiya da birgə namizədliyini verib. UEFA Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Rusiyanın bütün klublarını və milli komandasını bütün yarışlardan kənarlaşdırıb. Eyni zamanda, Avropa yığmalarının oyunlarının bu ölkədə yayımı ilə bağlı müqavilənin ləğvi nəzərdən keçirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər