Rusiyanın beşqat dünya çempionu dopinqə görə cəzalandı

Rusiyanın beşqat dünya çempionu dopinqə görə cəzalandı
Rusiyalı tanınmış qadın ağırlıqqaldıran Tatyana Kaşirina yarışlardan müvəqqəti kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı idmançı antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. Əsas kimi 5 qat dünya çempionundan 2012 - 2015-ci illərdə götürülmüş dopinq-testin Moskva Antidopinq Laboratoriyasındakı yoxlama nəticələri göstərilib.
Qeyd edək ki, Tatyana Kaşirina 2006-cı ildə eyni səbəbdən iki il müddətinə diskvalifikasiya olunub. O, 2009 - 2019-cu illərdə dünya çempionatlarında 5 qızıl, 2 gümüş, Avropa çempionatlarında 8 qızıl, 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə Rusiya ağırlıqqaldıranlarına qoyulmuş qadağa üzündən Kaşirina kənarda qalıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər