Rusiyanın 16 illik həsrəti bitdi

Rusiyanın 16 illik həsrəti bitdi

Rusiya millisinin dünya çempionatlarında 16 illik həsrəti sona çatıb.

 

Fanat.Az xəbər verir ki, şimal qonşularımız ötən gün baş tutan DÇ-2018-in açılış matçında Səudiyyə Ərəbistanına 5:0 hesabıyla qalib gəlməklə 16 illik qələbəsizlik seriyasını sonlandırıb.

 

Ruslar sonuncu dəfə mundiallarda Tunis üzərində qələbə qazanmışdı. Həmin qələbə Yaponiyada təşkil olunmuş DÇ-2002-yə təsadüf edir. 2002-ci ilin 5 iyununda keçirilmiş həmin oyunda Rusiya yığması 2:0 hesablı zəfərə sevinmişdi.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər