Rusiyanı DÇ-də Kamerun təmsil edəcək

Rusiyanı DÇ-də Kamerun təmsil edəcək

Kamerun millisinin Qətərdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Fanat.Az "Championat"a istinadən xəbər verir ki, afrikalıların heyətində Rusiya vətəndaşlığı olan yarımmüdafiəçi Qael Ondua da var.

Rusiyada Moskvanın ÇSKA və Mahaçqalanın “Anji” komandalarında çıxış edən Ondua Kamerunda anadan olsa da, doqquz yaşından Moskvada yaşayıb.

O, daha əvvəl Rusiya millisində oynamaq istəsə də, sonradan Kamerunu seçib.

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Kamerun qrup mərhələsində İsveçrə, Serbiya və Braziliya ilə qarşılaşacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər