Rusiyalı mütəxəssis ispan klubundan təklif aldı

Rusiyalı mütəxəssis ispan klubundan təklif aldı

Rusiya futbolunun tanınmış simalarından olan Valeri Karpin fəaliyyətini İspaniyada davam etdirə bilər. Fanat.az xəbər verir ki, Moskva "Spartak"ının sabiq baş məşqçisi "Malyorka"dan təklif alıb.

İspaniyanın Sequnda divizionunda çıxış edən klubun yeni baş meneceri Dudu Avat hazırkı baş məşqçi Migel Solerin yaxın vaxtda istefaya göndəriləcəyini bildirib. O, Karpinə işbirliyi təklif etdiklərini bəyan edib.

Qeyd edək ki, Karpin 1994-2005-ci illərdə İspaniyanın müxtəlif klublarının şərəfini qoruyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər