"Rusiyalı idmançılara yazığım gəlir" - UEFA prezidenti

"Rusiyalı idmançılara yazığım gəlir" - UEFA prezidenti

"Rusiya Futbol İttifaqının UEFA-dan çıxarılması barədə danışmaq hələ tezdir, çünki dünyada vəziyyət qeyri-sabitdir".

Fanat.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu fikri çərşənbə günü UEFA-nın prezidenti Aleksandr Çeferin keçirdiyi mətbuat konfransında deyib.

"Bir ay əvvəl məndən soruşsaydınız, fikrim bugünkündən fərqli olardı. Gələcəkdə nə olacağını bilmirik. Mən heç nəyi istisna etmirəm, amma yaxın gələcəkdə nə baş verəcəyini də deyə bilmərəm.

Bizim sanksiyalar idmançılara qarşı sərt idi. Bir daha deməliyəm ki, onlara yazığım gəlir, amma bu vəziyyətdə başqa çıxış yolu yox idi. Gəlin görək gələcəkdə nə olacaq. Ümid edirəm ki, müharibə ən qısa zamanda dayanacaq”, - deyə UEFA rəhbəri əlavə edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər