Dünən Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən "Roma" (İtaliya) - MOİK (Rusiya) görüşündən sonra qonaq komandanın bir azarkeşi saxlanılıb. Fanat.az xəbər verir ki, qarşılaşmanın 71-ci dəqiqəsində Moskva təmsilçisinin fanatları "Roma"nın azarkeşləri yerləşdiyi tribunaya yanan maddələr atmağa başlayıb.
Bununla kifayətlənməyən ruslar rəqib tribunaya basqın etmək istəyiblər. Lakin polisin və xüsusi təyinatlıların müdaxiləsindən sonra qarşıdurmanın böyüməsinin qarşısı alınıb.
Stadionda quraşdırılmış videokameralar vasitəsi ilə hadisələrin bu cür axarını təşkil edən azarkeşi tapmaq mümkün olub.
Yerli polis münaqişəni törədən digər şəxsləri də eyni üsulla tapacağına ümid edir.
Qeyd edək ki, "Roma" - MOİK görüşü 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Fanat.az