Rusiyalı dünya çempionu karyerasını bitirdi

Rusiyalı dünya çempionu karyerasını bitirdi
Şahmat üzrə 14-cü dünya çempionu Vladimir Kramnik karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, 44 yaşlı rusiyalı qrossmeyster qərarını Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess” superturnirinin rəsmi saytına açıqlayıb:
"Peşəkar şahmatçı karyeramı başa vurmaqla bağlı qərarı bir neçə ay öncə vermişəm. İndi sonuncu turnirimi oynayandan sonra bunu elan etmək istəyirəm”.
Qeyd edək ki, Vladimir Kramnik 2006-cı ildə bolqarıstanlı Velesin Topalova qalib gələrək dünya çempionu olsa da, bir il sonra Şahmat Tacını hindistanlı Vişvanatan Ananda təhvil verib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər