İngilis hakimlər qarşıdakı dünya çempionatında olmayacaqlar.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, FİFA sözügedən ölkənin nümayəndələriylə yaranan anlaşılmazlığı bağışlamayıb. Belə ki, ali futbol qurumunun Rusiyada baş tutacaq mundial üçün açıqladığı geniş siyahıda referi Mark Klattenburqun adı olub. Ancaq 2017-ci ilin fevralında Klattenburq İngiltərə Premyer Liqasındakı işinə son verib və təbii ki, adı yekun siyahıya düşməyib. İngiltərə Futbol Assosiasiyasının rəsmiləri FİFA-ya müraciət ünvanlayaraq Klattenburqun başqa ingilislə dəyişdirilməsini xahiş etsələr də, rədd cavabı alıblar.
1938-ci ildən bəri ilk dəfə bir DÇ-də ingiltərəli fit çalmayacaq.
Fanat.Az