Rusiyada məşqçi soyqırımı: 15 mütəxəssis...

Rusiyada məşqçi soyqırımı: 15 mütəxəssis...
Rusiya Premyer Liqasında son tur ərəfəsində çempionluq və elitada qalmaq uğrunda mübarizə davam edir. Fanat.az xəbər verir ki, qonşu ölkədə cari mövsüm çox sayda baş məşqçinin işini itirməsi diqqəti çəkdi.
Belə ki, Rusiya klubları bu mövsüm 13 baş məşqçi istefa verib və ya qovulub. Bunların arasında "Anji"dən Qus Hiddink, "Zenit"dən Lusiano Spalletti, "Sapartak"dan (Moskva) Valeri Karpin, "Dinamo"dan Dan Petresku kimi tanınmış mütəxəssislər var.
Onlarlar yanaşı Kurban Berdiyev "Rubin"dən, Aleksandr Tsiqankov "Kırılya Sovetov"dan, Slavolyub Muslin "Krasnodar"dan, Dorinel Munteanu "Kuban"dan, Yuri Kalitvintsev "Volqa"dan, Oleq Vasilenko "Ural"dan, Rene Meulensteen "Anji"dən, Anatoli Davidov "Tom"dan və Vait Talqayev "Terek"dən ayrılıb.
Hiddink iki mövsüm qaldı
Bir müddət Rusiya milli komandasını da çalışdırmış Qus Hiddink "Anji"ni 2 mövsüm çalışdırdı. Holland mütəxəssis mövsümün əvvəlində alınan bir məğlubiyyət və bir heç-heçədən sonra istefa verdi. Hiddink Avropa Liqasına vəsiqə qazandırdığı Mahaçqala klubu ilə keçirdiyi 64 rəsmi oyunda 33 qələbə qazandı, 15 heç-heçə etdi və 16 dəfə məğlub oldu.
Spaletti XX turda getdi
"Zenit"ə 2009/10 mövsümündə gələn və komandanın başında 185 matça çıxan 55 yaşlı Lusiano Spalletti təxminən 5 mövsüm qaldığı komandaya çempionatda 75 qələbə qazandırdı, 37 dəfə heç-heçəyə nail oldu və 13 oyunda məğlub oldu. "Zenit"i 2010/11 mövsümündə çempion edən italyan mütəxəssis Çempionlar Liqası və Avropa Liqasında 43 oyun keçirib: 22 qələbə, 8 heç-heçə, 13 məğlubiyyət. Bu mövsüm alınan ardıcıl uğursuz nəticələr səbəbindən o, XX turdan sonra istefaya göndərilib və yerinə portuqaliyalı Andre Villaş-Boaş gətirilib.
Slutskinin Rusiya karyerası bitdi 
Rusiyada ən uzun müddətdə komanda çalışdıran mütəxəssislərdən biri olan Leonid Slutski ÇSKA-nın başına 2008/09 mövsümündə keçmişdi. O, Moskva klubunun baş məşqçisi kimi 79 qələbə qazanıb, 32 heç-heçə edib və 27 məğlubiyyət alıb. Slutski Çempionlar Liqası və Avropa Liqasında 35 oyuna çıxıb: 15 qələbə, 7 heç-heçə və 13 məğlubiyyət.
Ruslanı apardı, özü getdi
Rusiya Premyer Liqasında ən uzun müddətə çalışan mütəxəssislərdən biri olan Kurban Berdiyev üçün də mövsüm uğursuz alındı. 2001-ci ildən "Rubin"i çalışdıran türkmən mütəxəssis 12 illik işini itirdi. Millimizin yarımmüdafiəçisi Ruslan Abışovu yayda Kazana aparan Berdiyevin qovulmasına komandanın uğursuz çıxışı ilə yanaşı, haqqındakı söz-söhbətlər də səbəb oldu. Belə onun transferlərdən pul qazandığı iddia olunurdu. Baş məşqçini Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov vəzəifəsindən kənardlaşdırdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər