Rusiyada idman agentlərinin fəaliyyəti qadağan olunur - AÇIQLAMA

Rusiyada idman agentlərinin fəaliyyəti qadağan olunur - AÇIQLAMA

Rusiyada idman agentlərinin fəaliyyəti dövlət səviyyəsində ləğv edilə bilər.

Fanat.Az xəbər verir ki, TASS Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin üzvü Roman Teryuşkova istinadən məlumat yayıb.

Deputatın fikrincə, klublar transfer edərkən bunu vasitəçilərin köməyi olmadan reallaşdıra biləcəklərini deyib və bu barədə müvafiq komitənin müzakirə apardığını bildirib:

“Vasitəçi təşkilatların fəaliyyətini qadağan etmək lazımdır. İki klub öz aralarında asanlıqla razılığa gələ bilər. Çox şübhə edirəm ki, şərti olaraq “Zenit” və CSKA vasitəçi olmadan futbolçunun transferi ilə bağlı razılığa gəlməyəcəklər. Söhbət agentlərə ümumiyyətlə ehtiyac olub-olmamasından gedir”.

Qeyd edək ki, aprelin 10-da Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsində idman agentlərinin fəaliyyətinin tənzimlənməsi məsələsinə baxılacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər