Rusiya yığması 2 Asiya təmsilçisi ilə qarşılaşacaq

Rusiya yığması 2 Asiya təmsilçisi ilə qarşılaşacaq

Beynəlxalq yarışlardan uzaqlaşdırılan Rusiya millisi  hələlik yoldaşlıq görüşləri keçirməklə kifayətlənir. 

Fanat.Az xəbər verir ki, qonşu ölkənin futbol yığması sentyabrdakı pəncərə dönəmində iki yoldaşlıq oyunu keçirəcək. 

Bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Rəqiblər Vyetnam və Tailand olacaq. Yoldaşlıq turnirinin oyunları Vyetnamın paytaxtı Hanoyda keçiriləcək. Ruslar sentyabrın 5-də Vyetnamla, iki gün sonra isə Tailandla qarşılaşacaq. 

Tailand millisi FİFA reytinqində 101-ci, Vyetnam isə 115-ci yerdədir. 

Rusiya millisi 2024-cü ildə artıq iki yoldaşlıq oyunu keçirib, Serbiya və Belarusu eyni hesabla məğlub edib - 4:0. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər