Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək

Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək

Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilməyəcəklər. APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, FIFA-nın  bəyanatında belə deyilir.

 

“FIFA Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyinin ləğv edilməsinə əsas görmür. Hər iki ölkə FIFA-nın İcraiyyə Komitəsində demokratik səsvermə yolu ilə seçilib. Mövcud ekspert rəyləri və faktlara söykənərək bildiririk ki,  FIFA-nın Rusiya və Qətəri  Dünya Kubokuna ev sahibliyindən məhrum etməyə heç bir hüquqi əsası yoxdu" - bəyanatda deyilir.

 

Qeyd edək ki, bundan əvvəl FIFA rəsmisi Domeniko Skala bəyan etmişdi ki, korrupsiya halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər