Rusiya və Belarus boksçuları beynəlxalq yarışlardan uzaqlaşdırıldı

Rusiya və Belarus boksçuları beynəlxalq yarışlardan uzaqlaşdırıldı

Beynəlxalq Boks Assosiasiyası (IBA) Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq edib. 

Fanat.Az xəbər verir ki, bu barədə qərar qurumun Direktorlar Şurasının iclasında qəbul olunub. Yığıncaqda Ukraynadakı vəziyyət və Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələri müzakirə olunub. 

Qərara alınıb ki, Rusiya və Belarus təmsilçiləri bütün beynəlxalq yarışlardan kənarlaşdırılsın. Bu, təkcə idmançılara deyil, hakim və rəsmi şəxslərə də şamil olunub. İstisna hallarda onlar neytral statusla yarışlara qatılacaq.

Hər iki ölkədə keçirilməli olan bütün turnirlər də ləğv edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər