Oktyabrın 12-dən 24-dək Almaniyanın Heusenstamm şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Fanat.az xəbər verir ki, toplanışa yollanacaq futbolçuların siyahısı açıqlanıb.
Almaniyaya 23 futbolçu yollanacaq. Onlardan 5-i legionerdi. Belə ki, Rusiyanın "Zenit", ÇSKA, Almaniyanın "Kayzerslautern", "Hannover 96" və "Arminiya" (Bielefeld) klublarının üzvləri toplanışda iştirak edəcək.
Qeyd edək ki, toplanış çərçivəsində yığma üzvləri laktat testi verəcək, həmçinin 4 yoxlama oyunu təşkil olunacaq.
| Qasımov Ağaseyid | Qarabağ |
| Quluzadə Nurlan | Neftçi |
| Muradbəyli Fəhmin | Neftçi |
| Həşimli Mirkamil | Neftçi |
| Xakimov Yusup | Bakı |
| Məmmədov Təyyar | Bakı |
| Ağaverdiyev Renat | Bakı |
| Mədətov Mahir | Bakı |
| Səfərzadə Ilyas | Xəzər Lənkəran |
| Cəfərov Elnur | Xəzər Lənkəran |
| Nəbiyev Yusif | Qəbələ |
| Mustafazadə Bəhlul | Qəbələ |
| Zamanov Emin | Qəbələ |
| Nahavəndi Mansur | İnter |
| Suleymanov Elnur | İnter |
| İbazadə Ülvi | İnter |
| Həsənov Anar | Rəvan |
| Nasirov Budaq | Araz-Naxçıvan |
| Ağarəhimov Vadim | Zenit (Rusiya) |
| Uluxanov Elgün | ÇSKA (Moskva, Rusiya) |
| Şahin Tolqa | Kayzerslautern (Almaniya) |
| Kama Benhur | Hannover 96 (Almaniya) |
| İscan Sefa | Arminiya Bielefeld (Almaniya) |