Rusiya yığma komandası vaxtından əvvəl Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının qalibi olub.
Fanat.Az xəbər verir ki, rus idmançılar indiyədək 39-u qızıl, 19-u gümüş və 35-i bürünc olmaqla 93 medal qazaıb.
İkinci pillədəki Belarusun isə 61 medalı (22-14-25) var və Rusiya onlar üçün əlçatmazdı.
Qeyd edək ki, Azərbaycan yığması medal sayına görə 9-cu yerdədi. Millimizin üzvləri 5-i qızıl, 7-si gümüş və 12-si bürünc olmaqla 24 medal qazanıb.
Fanat.Az