Rusiyanın "Match TV" telekanalı artıq İngiltərə Kubokunun oyunlarını göstərə bilməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə teleşirkətin baş prodüseri Aleksandr Taşçin bildirib:
“Təəssüf ki, bu mövsüm biz artıq İngiltərə Kubokundakı mübarizəni də azarkeşlərimizə təqdim edə bilməyəcəyik.
Yayım hüquqlarına sahib şirkət bizə siqnal ötürəcəyi halda, Böyük Britaniyanın sanksiya qanunvericiliyini pozmuş olacaq”.
Xatırladaq ki, İngiltərə Futbol Assosiasiyası sözügedən turnirin 1/4 final mərhələsinin oyunlarının "Matç TV" vasitəsi ilə nümayişindən də narazı qalıb. Assosiasiya yayım hüquqlarına sahib şirkətdən Rusiya telekanalı ilə müqaviləni pozmağı xahiş edib.
Emin