AVRO-2016-nın seçmə mərhələsində sonuncu - X turun oyunları davam edir. Fanat.az хəbər verir ki, bu gecə 3 qrupda daha 9 qarşılaşma baş tutub.
C qrupunda bir vəsiqənin və "pley-off" iştirakçısının adına aydınlıq gəlib. İkinci yer uğrunda mübarizə aparan Slovakiya Lüksemburqu 4:2 şesabı ilə yenərək Avropa çempionatında iştirak hüququ qazanıb. Qrupun lideri İspaniya səfərdə Ukraynaya qalib gəlib - 1:0. Ukrayna mübarizəni "pley-off" mərhələsində davam etdirəcək. Qrupun digər oyununda Belarusla Makedoniya "sülh" bağlayıb - 0:0.
E qrupunda artıq hər iki vəsiqənin sahibi bu tura qədər müəyyənləşmişdi. İngiltərə və İsveçrə AVRO-2016-da iştirak hüququ qazanmışdı. Son turda üçüncü yerin sahibi müəyyənləşib. Sloveniya səfərdə San Marinonu 2:0 hesabı ilə yenərək "pley-off"a vəsiqə qazanıb. Estoniya evdə İsveçrəyə uduzaraq mübarizəni dayandırıb - 0:1. İngiltərə isə səfərdə Litvanı darmadağın edib - 3:
G qrupunda Rusiya evdə Çernoqoriyanı 2:0 hesabı ilə yenərək Avstriyadan sonra Avropa çempionatına vəsiqə qazanan ikini komanda olub. Moldovanı 2:0 hesabı ilə udan İsveç mübarizəni "pley-off"da davam etdirəcək. Avstriya isə Liхtenşteynə 3:0 hesabı ilə qalib gəlib.