Rusiya Qran-Prisinə bilet satışı ləğv edildi

Rusiya Qran-Prisinə bilet satışı ləğv edildi

Formula 1 üzrə dünya çempionatının Rusiya Qran-Prisinə bilet satışı ləğv edilib.

Fanat.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bilet satışı bölməsində sentyabrın 25-də Soçidə keçirilməli olan yarışın adı yer almayıb.

Beləliklə, hazırda siyahıda 22 Qran-Prinin adı qeyd olunub.

Qeyd edək ki, Formula 1-in yeni mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. Azərbaycan Qran-Prisi 12 iyunda təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər