Rusiya millisinin yeni baş məşqçisi müəyyənləşdi

Rusiya millisinin yeni baş məşqçisi müəyyənləşdi

Rusiya millisi baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, Avropa çempionatını bir xalla başa vuran Leonid Slutski komandanı tərk edib.

45 yaşlı rus mütəxəssis 2009-cu ildən Moskva ÇSKA-sını çalışdırır. Ötən ilin avqustundan isə o, paralel olaraq milliyə də başçılıq edirdi. Leonid Slutskinin Rusiya Futbol İttifaqı ilə anlaşması başa çatıb və o, postunu tərkedib.

Artıq Rusiyanın yeni baş məşqçisi də bəllidi. İddilara görə, Şimal qonşumuz çilili Manuel Pellegrini ilə anlaşıb. "Mançester Siti"dən ayrılan mütəxəssisin yaxın günlərdə rəsmi müqavilə imzalayacağı deyilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər