Rusiya millisinin üzvü həbs olundu - SƏBƏB

Rusiya millisinin üzvü həbs olundu - SƏBƏB

Rusiya millisinin sabiq oyunçusu Aleksey Buqayev həbs olunub. 

Fanat.Az xəbər verir ki, məlumatı “Mash” yayıb. 

Mənbənin məlumatına görə, veteran futbolçu Krasnodarda üzərində narkotiklə saxlanılıb.

"Torpedo"nun və “Lokomotiv”in keçmiş müdafiəçisi tərkibində mefedron olan bağlamanı əvvəlcədən yerləşdirilmiş yerdən götürərkən hüquq-mühafizə orqanı əməkdaşlarının əlinə düşüb. Ümumilikdə futbolçudan 495 qram maddə aşkar edilib.

Üstəlik, Buqayev könüllü təslim olmayıb. O, polislə münaqişəyə girib.

Buqayev karyerasının ən yaxşı illərini "Torpedo"da keçirib və oradan "Lokomotiv"ə keçib. O, Rusiya millisinin futbolçusu olub. Buqayevin karyerasının zirvəsi 2004-cü il Avropa çempionatı olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər