Rusiya millisinin və "Spartak" komandasının sabiq baş məşqçisi Georgi Yartsev səhhətində problem yaranıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport-Ekspress" məlumat yayıb.
Xəbərə görə, 72 yaşlı mütəxəssis koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Georgi Yartsev hazırda "Tambov" klubunun vitse-prezidentidir. O, "Rotor", "Dinamo" (Moskva) və "Terpedo"nun da baş məşqçisi olub.
Fanat.Az