Rusiya millisinin oyunçusu Trampın şam yeməyinə qonaq oldu

Rusiya millisinin oyunçusu Trampın şam yeməyinə qonaq oldu
ABŞ Milli Hokkey Liqasının "Vaşinqton Kepitalz” klubunun forvardı Aleksndr Oveçkin Prezident Donald Trampın Milad şam yeməyinə qatılıb.
Fanat.Az xəbər verir ki, rusiyalı oyunçu şam yeməyində həyat yoldaşı Anastasiya Şubskaya ilə birlikdə iştirak edib. Oveçkin bu haqda İnstaqramdakı hesabında qeyd edib.
"Cənab prezident, görüşümüzə şadam”, - o yazıb.
Şam yeməyində Rusiya millisinin oyunçusu ABŞ liderinə öz formasını hədiyyə edib.
Qeyd edək ki, buna qədər də Oveçkinin Trampla görüşü olub. Tramp özü Oveçkinin hokkey istedadının pərəstişkarı olduğunu bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər