Rusiya millisinin heyətində turnirin ən yaxşı bombardiri olan Ülvi nə danışdı?

Rusiya millisinin heyətində turnirin ən yaxşı bombardiri olan Ülvi nə danışdı?

Moskva "Dinamo"sunun və Rusiyanın gənclərdən ibarət millisinin azərbaycanlı hücumçusu Ülvi Babayev qonşu ölkənin yığması ilə Qırğızıstanda keçirilən Manas Kubokunun qalibi olub.

Fanat.Az xəbər verir ki, sözügedən turnirdə 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan, yarışın ən sərrast oyunçusu olan Ülvi fikirlərini Moska təmsilçisinin saytına bölüşüb:

"Debütümü pis adlandıra bilmərəm. Gözəl başlanğıc, milliyə qoşulmaq fürsəti, turnirdə yaxşı performans, üstəgəl müəyyən mükafatlar belə düşünməyə əsas verir. Bir sözlə, meydana çıxmaq və nəticə göstərmək üçün motivasiyam var idi. 

Uğuru necə bayram etdik? Oyundan sonra sevinirdik. Avtobusda nəsə oxuyurduq, şənlənirdik".

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər