UEFA Avro-2022-nin (qadınlar) qrup mərhələsində Rusiyanın qadınlardan ibarət milli futbol komandasının Portuqaliya ilə əvəzlənməsi barədə qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb:
“28 fevral 2022-ci il tarixli bütün Rusiya milli komandaları və klublarının UEFA oyunlarında iştirakını dayandırmaq qərarına əlavə olaraq, UEFA İcraiyyə Komitəsi bu qərarın qarşıdan gələn yarışlara təsirləri ilə bağlı bir sıra qərarlar qəbul edib.
Rusiya millisi iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək qadınlar arasında Avro 2022-nin final turnirinin C qrupunda iştirak etməyəcək. Rusiya komandası pley-offda məğlub etdiyi Portuqaliya millisi ilə əvəzlənəcək"
Emin