Avropa çempionatında mübarizəni qrup mərhələsində dayandıran Rusiya millisini baş məşqçi postuna sürpriz namizəd var. Fanat.az xəbər verir ki, qonşu ölkə yığmasını qadın mütəxəssis çalışdıra bilər.
Belə ki, Xorvatiyanın 5-ci liqasında çıxış edən "Viktoriya" (Voyakovats) klubunu çalışdıran Tihana Nemciç Rusiya millisinə rəhbərlik edə biləcəyini açıqlayıb: "Yeni üfüqlərdə yeni macəralara imza atmaq istəyən peşəkarlar üçün böyük əyləncə olur. Mən Rusiya millisini çalışda bilərəm. Fikrimcə, qadınlar meydanda tər tökən futbolçuları duyğusal olaraq daha yaxşı anlaya bilər. Bir çox yönləri ilə qadınlar kişilərdən daha yaxşıdı. Xüsusən də psixoloji baxımdan".
Xorvatiyada "Miss Sport" gözəli seçilən Nemciç Avropa çempionatında milliyə rəhbərlik edən Leonid Slutskinin taktikasını tənqid edib və özünün verdiyi taktika ilə İngiltərəni yenməyin mümkün olduğunu bildirib.
Rus azarkeşlər isə xanım mütəxəssis öz komandalarının başında görmək istəmir. Onların fikrincə, bu "utancverici" addım olar.
Qeyd edək ki, Rusiyanın idman naziri Vitali Mutko bir müddət öncə "Bir qadın belə milli komandaya liderlik edə bilər" demişdı.
Onu da qeyd edək ki, futbol tarixində kişilərdən ibarət milli komandaya heç vaxt qadın mütəxəssis rəhbərlik etməyib.
Fanat.az