Rusiya millisi beynəlxalq arenaya nə vaxt qayıda bilər? - UEFA prezidenti açıqladı

Rusiya millisi beynəlxalq arenaya nə vaxt qayıda bilər? - UEFA prezidenti açıqladı

UEFA-nın prezidenti Aleksandr Çeferin Rusiya milli komandaları və klublarının beynəlxalq arenaya nə vaxt qayıda biləcəklərini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, Serbiyanın "Sportklub" nəşri qitə futbol qurumu başqanının dediklərini belə çatdırıb:

“Rusiya nə vaxta qədər Avropa yarışlarından kənarda qalacaq? Ukraynada müharibə bitənə qədər. Yalnız bundan sonra qayıdacaqlar”.

Xatırladaq ki, 2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum edib. Həmin vaxtdan sözügedən ölkənin milliləri və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər