Rusiya klubları - “SKA-Xabarovsk” ilə “Çelyabinsk” arasında keçirilən yoldaşlıq görüşündə xoşagəlməz hadisə qeydə alınıb.
Fanat.Az xəbər verir ki, hadisə Türkiyə təlim-məşq toplanışı çərçivəsində baş tutan oyunun ardından dava düşüb.
Belə ki, iki oyunçu arasında başlayan münaqişə rəqib komandalar arasında kütləvi insidentlə nəticələnib.
Qeyd edək ki, oyun “Çelyabinsk”in 4:3 hesablı qələbəsi ilə başa çatıb.