Rusiya klubunu ispan məşqçi çalışdıracaq

Rusiya klubunu ispan məşqçi çalışdıracaq

Rusiyanın "Orenburq" klubu çexiyalı İrji Yaroşikin istefasından sonra yeni baş məşqçi təyin edib. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, boş qalan yeri ispaniyalı David Deoqrasiya tutub.

Deoqrasia "Orenburq" Akademiyasının baş məşqçisi idi. Mütəxəssis əvvəllər İspaniyanın “Deportivo”, “Saraqosa” və “Valensiya” klublarında, həmçinin Tailand, Mərakeş və Belarus çempionatlarında çalışıb.

Yaroşik iki ay əsas komandaya da rəhbərlik edib. 

Çexiyalı çalışdırıcının rəhbərliyi altında Rusiya Premyer Liqası mövsümünə uğursuz başlayan "Orenburq" beş matçda cəmi bir xal toplayıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər