Rusiya klubundan Kamran açıqlaması

Rusiya klubundan Kamran açıqlaması

Rusiyanın “Amkar” klubunun baş direktoru İqor Rezvuxin Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə maraqlandıqlarına dair iddialara aydınlıq gətirib. 

Fanat.Az xəbər verir ki, Perm təmsilçisinin rəsmisi championat.com saytına açıqlamasında 31 yaşlı qolkiperin xidmətinə ehtiyac duymadıqlarını söyləyib.

“Bu futbolçu ilə bağlı variantı gözdən keçirmirik. Onun soyadını ilk dəfədir eşidirəm. “Amkar” Ağayevlə maraqlanmır”.

Qeyd edək ki, Kamran Ağayev son mövsümü “Boavişta” klubunda keçirib. O, bu il aprelin 17-də Portuqaliya təmsilçisi ilə müqaviləsini pozub və hazırda klubsuzdur.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər