Rusiya klubunda oynadığı üçün millidən kənarlaşdırıldı

Rusiya klubunda oynadığı üçün millidən kənarlaşdırıldı

Rusiyanın "Spartak" (Moskva) klubunun sağ cinah müdafiəçisi Matsey Rıbus Polşa millisindən kənarlaşdırılıb.

Fanat.Az xəbər verir ki, bu barədə  Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Buna 33 yaşlı müdafiəçinin Moskva təmsilçisində çıxışını davam etdirməsi səbəb olub.

Yığmanın baş məşqçisi Çeslav Mixneviç komandanın son toplanışından sonra təcrübəli oyunçu ilə görüşərək Ukraynadakı müharibə ilə bağlı yaranmış siyasi vəziyyətə görə ona qarşıdakı matçlarda dəvət göndərməyəcəyini bildirib. 

Rıbus həmçinin bu il Qətərdə keçiriləcək dünya çempionatında da iştirak edə bilməyəcək.

Qeyd edək ki, Matsey Rıbus iyunun 11-də Moskva "Lokomotiv"ini "Spartak"a dəyişib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər