Rusiya klubu Solarini 20 milyon dollara istəyir

Rusiya klubu Solarini 20 milyon dollara istəyir

"River Pleyt"in cinah yarımmüdafiəçisi Pablo Solari karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Soy Del Millo" yayıb.

Xəbərə görə, onun xidmətində "Krasnodar" maraqlıdır. Mənbə Rusiya klubunun hələ ilin əvvəlində Solarının keçidi ilə bağlı qarşı tərəflə müzakirələr apardığını, bu dəfə Argentina təmsilçisinə 5 milyon dollar daha çox, 20 milyon dollar təklif etdiyini vurğulayıb. "River Pleytin" oyununda eniş müşahidə edilən Pablonu ruslara satmağa hazır olduğu bildirilib.

Xatırladaq ki, Argentina mətbuatı yayda sözügedən futbolçunun adını digər Rusiya klubu "Spartak"la yanaşı hallandırsa da, sonradan bu yöndə hər hansı irəliləyiş sezilmədi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər