Kazan şəhərini təmsil edən "Sokol" peşəkar futbol klubu satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, bununla bağlı alış-veriş tətbiqi "Avito" portalında elan paylaşılıb.
Qeyd olunub ki, klub maliyyə çatışmazlığı səbəbindən satışa çıxarılıb. Klubun oyunçular, məşqçilər, inzibati, tibbi və media işçilərindən ibarət bütöv kadrlar heyətə malik olması, işçilərə maaş borcunun olmaması vurğulanıb.
Portalda göstərilən qiymət 5,3 milyon rubldan başlayır