Rusiya klubu sabiq baş məşqçisini geri qaytardı - RƏSMİ

Rusiya klubu sabiq baş məşqçisini geri qaytardı - RƏSMİ

Rusiyanın "Fakel" klubu yeni baş məşqçisini rəsmi saytı vasitəsi ilə ictimaiyyətə açıqlayıb.

Fanat.Az xəbər verir ki,  Premyer Liqa təmsilçisi Dmitri Pyatibratova həvalə edilib.

O, bu postda İqor Çerevçenkonu əvəzləyib.

Qeyd edək ki, Pyatibratov 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinədək "Fakel"i çalışdırıb. Sözügedən kollektiv məhz onun rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb. "Fakel" hazırda 4 turdan sonra 1 xalla sonuncu - 16-cı sırada mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər