Rusiya klubları idmançılarına saxta hərbi bilet almaqda ittiham olunur

Rusiya klubları idmançılarına saxta hərbi bilet almaqda ittiham olunur

Rusiyanın "Ufa" klubu futbolçulara saxta yollarla hərbi bilet almaqda ittiham olunur.

Fanat.Az xəbər verir ki, bu barədə "Rossiyskiy Futbol: RPL" portalı məlumat yayıb.

Dünən Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ufada idmançılara hərbi bilet hazırlamağa kömək edən keçmiş yol polisi əməkdaşını saxlayıb. İlkin məlumatlara görə, Farit Samiqullinin müştəriləri arasında Rusiyanın "Ufa" futbol klubu  və Ufa şəhərini təmsil edən "Salavat Yulaev" xokkey komandası strukturlarından bir neçə futbolçu və xokkeyçi olub.

Bu vəziyyətlə bağlı futbol klubunun baş direktoru Şamil Qazızov açıqlama verib. Başqırdıstan təmsilçisinin nümayəndəsi idmançılara hərbi bilet düzəltməyə kömək edən həmin polislə klubun əlaqəsini inkar edib:

“Xeyr, bizdə belə oyunçular yoxdur. Bu, dəqiqdir! Heç kimə bu barədə müraciət etməmişik. Nə yol polisinə, nə də başqasına”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər