Rusiya kənarda, Polşa finalda - RƏSMİ

Rusiya kənarda, Polşa finalda - RƏSMİ

Polşa millisi Rusiya yığmasının beynəlxalq turnirlərdən kənarda qalması səbəbindən avtomatik olaraq dünya çempionatının pley-offunun finalına yüksəlib.

Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.

Polşa avtomatik olaraq dünya çempionatının seçmə mərhələsinin pley-offunun finalında İsveç və ya Çexiya ilə qarşılaşacaq. Qurum həmçinin Şotlandiya - Ukrayna matçının iyun ayına təxirə salındığını bildirib.

Xatırladaq ki, fevralın 28-də FİFA və UEFA Rusiya klublarının və millisinin bütün beynəlxalq yarışlarda iştirakını dayandırıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər