"Fənərbaxça"nın bosniyalı hücumçusu Edin Çeko Sankt-Peterburqda keçirilən "Matç TV kuboku" turnirinə yollanan komandaya qoşulub.
Fanat.Az xəbər verir ki, siyahı Türkiyə klubunun "Twitter" hesabında dərc olunub.
Daha əvvəl Türkiyənin “Fotospor” portalı “Fənərbaxça”nın bir çox legionerlərinin, o cümlədən Cekonun bu turnirdə iştirak etmək üçün Rusiyaya getmək istəmədiyini yazıb.
Ceko ötən il Bosniya və Herseqovina və Rusiya milliləri arasında yoldaşlıq oyununda iştirakdan imtina etmişdi. Sonda bu oyun ümumiyyətlə ləğv olundu.
Qeyd edək ki, iyulun 1-dən 15-dək Sankt-Peterburqda beynəlxalq yoldaşlıq turniri keçirilir. Burada “Zenit”, Serbiyanın “Srvena Zvezda” və Azərbaycanın “Neftçi” klubları da çıxış edir. “Fənərbaxça” iyulun 9-da “Zenit”lə qarşılaşacaq. "Neftçi" isə İstanbul nəhəngi ilə iyulun 15-də ("Smena" stadionu, saat 15:00) qarşılaşacaq. Mirağa