Rusiya ilə oyundan imtina edən Polşanı nə gözləyir?

Rusiya ilə oyundan imtina edən Polşanı nə gözləyir?

Rusiya ilə oynamaqdan imtina edən Polşa millisini gözləyən təhlükə məlum olub.

Fanat.Az xəbər verir ki, məlumat RPL-nın "VK" səhifəsində yerləşdirilib.

Belə ki, FİFA-nın 2022-ci il dünya çempionatının seçmə mərhələsinin reqlamentinə əsasən, təsnifat oyunları başladıqdan sonra iştirakdan imtina edən hər bir assosiasiya ən azı 40 min İsveçrə frankı məbləğində cərimələnəcək.

İmtina qərarının verildiyi hallardan asılı olaraq, FİFA-nın İntizam Komitəsi cərimədən əlavə, digər sanksiyalar tətbiq etmək, o cümlədən assosiasiyanın növbəti FİFA turnirlərində iştirakdan kənarlaşdırmaq hüququna malikdir.

Həmin sanksiyalar 3:0 hesablı məğlubiyyət, oyunun ləğv edilməsinə və ya dayandırılmasına səbəb olan təqsirkar assosiasiyadan xərclərin ödənilməsinin tələb olunmasından ibarətdir.

Lakin reqlamentdə fors-major bəndi var. FİFA matçın fors-major şəraitdə baş tutmamasının səbəbini tanısa, o zaman görüşün taleyini qurumun xüsusi komitəsi həll edəcək və assosiasiyalar cəzalandırılmayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər