Rusiya homoseksualların təhlküəsizliyinə təminat verdi

Rusiya homoseksualların təhlküəsizliyinə təminat verdi
"Soçidə Olimpiya Oyunlarının keçirilməsi üçün hər şey hazırdı". Fanat.az xəbər verir ki, bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe deyib. 
Sentyabrın 10-da prezidentlik vəzifələrini təhvil verəcək Roqqe artıq Soçidə idman obyektləri, yollar, otellərin hazır olduğunu bildirib. İndi yalnız əməliyyat məsələlərini həll etmək qalır: "Oyunların başlamasına 155 gün qalıb. Biz gələcəyə nikbin baxırıq. BOK Rusiyadan bütün idmançıları seksual oriyentasiyasından asılı olmayaraq, eyni səviyyədə qəbul edəcəyi barədə zəmanət alıb". 
Qeyd edək ki, Rusiya hökuməti olimpiadada homoseksual təbliğatı qadağan edən qanun layihəsi qəbul edib. Qanuna əsasən homoseksual təbliğatı aparanlar idmançı belə olsalar, həbs olunacaqlar.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər