"Rusiya çempionatının oyunlarına baxmıram" - Kerjakov

"Rusiya çempionatının oyunlarına baxmıram" - Kerjakov

Rusiya yığmasının və "Zenit"in keçmiş hücumçusu Aleksandr Kerjakov maraqlı etirafı ilə diqqət çəkib.

Fanat.Az xəbər verir ki, veteran futbolçu Rusiya Premyer Liqasının oyunlarına baxmadığını açıqlayıb.

O, "Sovetskiy Sport"-a belə deyib: “Mən çempionat oyunlarına baxmıram. Ona görə də ilin ən yaxşı futbolçularının adını çəkə bilmərəm. Turnir cədvəlini və bombardirlər siyahısını mənsiz də bilirsiniz”.

Xatırladaq ki, Kerjakov 2017-ci ildə futbolçu karyerasını başa vurub, bundan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2021/2022 mövsümünün sonunda Premyer Liqada saxlamağı bacardığı "Pari Nijni Novqorod"a rəhbərlik edib.

Cari Rusiya çempionatının 17 turundan sonra turnir cədvəlinə "Krasnodar" başçılıq edir. Çempionatın bombardiri isə "Zenit"in hücumçusu Mateo Kassyerradır (15 matçda 13 qol).

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər